Bakıda avtomobil aşıb, sürücü ölüb

Bakıda avtomobil aşıb, sürücü ölüb
Hadisə 180

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində paytaxt sakini İlham Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər