Bakıda avtobusla minik avtomobili toqquşdu, ölən var - Ağır qəzadan VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, qəza Balaxanı qəsəbəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi “Azvirit” şirkətinə məxsus “Mercedes” markalı sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hadisədə xəsarət almayan avtobusun sürücüsü dərhal hadisə yerinə Təcili Tibbi Yardım və FHN-in xilasedicilərini çağırıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əraziyə cəlb olunub, avtotexniki ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda avtomobil avtobusla toqquşub, ölən var - FOTO
Axşam saatlarında paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Baku.TV-yə istinadən xəbər verir ki, qəza Balaxa...