Bakıda avtomobil avtobusla toqquşub, ölən var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Axşam saatlarında paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Baku.TV-yə istinadən xəbər verir ki, qəza Balaxanı qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi “Azvirit” şirkətinə məxsus “Mercedes” markalı sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu qəza törədib: xəsarət alanlar var - VİDEO
Bakıda sərnişin avtobusu qəza törədib. Xəzər rayonunda olan hadisə zamanı bir sərnişin xəsarət alıb. O, da əraziyə gələn təcili yardım avtmobili ilə xəstəxanaya...