Bakıda avtobus 3 maşını əzib hasara çırpıldı
26
avq
2026
11:46
Paytaxtın Nizami rayonunun Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, "Bus Trans" MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobilinə toqquşub. Daha sonra avtobus hasara çırpılıb.
İlkin məlumata görə, avtobus sürücüsü işıqforda dönmə əməliyyatını düzgün icra etməyib və digər nəqliyyat vasitələrinə çırpılıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb, toqquşan avtomobillərin sürücüləri xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tanınmış vəkilin məmur qardaşı ağır xəstəlikdən öldü
Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat edib. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Emin İsa oğlu Babayev uzun sürən xəstəl...