Dünyəvi Azərbaycan modeli hədəfdə
Siyasi şərhçi Elçin Alıoğlu Azərbaycanda dünyəvi təhsil modelinə qarşı etirazların və sosial şəbəkələrdə yayılan çağırışların mümkün xarici təsirlərlə əlaqəli olduğunu bildirib.
O bu barədə Baku TV-nin efirində çıxışı zamanı danışıb. Şərhçinin sözlərinə görə, məktəblərdə vahid forma məsələsinin siyasiləşdirilməsi cəmiyyətdə qarşıdurma yaratmaq məqsədi daşıya bilər.
E.Alıoğlu İranın ideoloji təsir siyasətinə toxunaraq bildirib ki, rəsmi Tehranın narahatlığının səbəblərindən biri Azərbaycanın güclənməsidir. "Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir", - deyə siyasi şərhçi vurğulayıb.
O, uşaqların siyasi və ideoloji kampaniyalarda iştirakına da münasibət bildirib. E.Alıoğlu qeyd edib ki, yetkinlik yaşına çatmayanların hüquq və təhlükəsizliyi qorunmalı, onların siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməməlidir.
Şərhçinin fikrincə, bu cür çağırışların qarşısının alınmasında əsas vasitələr təhsil və maarifləndirmədir. "Bütün xurafatın, mövhumatın, ekstremizmin bir dərmanı var. O da təhsil və elmdir", - deyə E.Alıoğlu əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov etimadnaməsini ölkə Prezidenti Asif Əli Zərdariyə təqdim edib. BAKU.WS xəbər verir ki, bu barədə Pakistan Prezide...