Bakıda ata uşağını xilas etmək üçün öz həyatını riskə atdı - xəstəxanalıq oldu
27
yan
2021
08:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində poçt mərkəzinin qarşısında baş verib.
Belə ki, 1986-ci il təvəllüdlü Əhmədov Akaş Rəfael oğlu azyaşlı övladı ilə birgə yolu keçərkən onun övladı qəfil şosseyə çıxıb.
Ata öz övladını qorumaq üçün avtomobilin qarşısına qaçıb.
Nəticədə A.Əhmədovu maşın vurub. O, sol baldır sümüyünün sınığı diaqnozu ilə Travmatologiya İnstitutuna yerləşdirilib.
Oxşar xəbərlər
Övladına işgəncə verən ata həbs edilib, ana isə... - RƏSMİ
Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı...