Bakıda arvadını qətlə yetirən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərova hökm oxunub və o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Arvadını amansızlıqla qətlə yetirən şəxs: "Fikrim onu daha tez öldürmək idi"
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi ba...