Bakıda arvad ərini öldürüb həyətdə basdırdı, üstünə gül kolu əkdi

Bakıda itkin düşdüyü deyilən, sonradan qətlə yetirildiyi məlum olan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin qətli ilə bağlı bəzi məqamlar məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi məlum olub.
Müəyyən edilib ki, qadın izi itirmək üçün həyat yoldaşının meyitini yaşadığı evin həyətində basdırıb. Qadın daha sonra meyiti basdırdığı yerdə gül kolları əkərək, izi itirmək istəyib. O, hər gün həmin ərazidəki gülləri sulayaraq, kolların solmasının qarşısını alıbmış.
*** 15:38
Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Oxşar xəbərlər
Bakı metrosunda ölüm hadisəsi
Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, s...
