Bakıda anasını söyən kişini öldürən 16 yaşlı oğlan saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanılıb.
Binəqədi Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...