Bakıda ana və uşağı maşın vurdu - ŞOK VİDEO

Bakıda ana və uşağı maşın vurdu - ŞOK VİDEO
Video
Hadisə 7690

Bakıda yay aylarında baş vermiş piyadavurma hadisəsinin görüntüləri yayılıb.

BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, piyadalar üçün nəzərdə tutulmayan ərazidən keçən ana və uşağı VAZ 2107 markalı avtomobil vurub.

Maraqlıdır ki, həmin vaxt yolun ortasında digər bir ana uşağın əlindən tutaraq dayanıb. Həmçinin piyadalar kütləvi şəkildə yolu avtomobillərin arasından keçirlər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, təəssüf ki, bu cür acı hadisələr paytaxt küçələrində tez-tez baş verir.

"Burada piyada məsuliyyətsizliyi, sürücü diqqətsizliyi böyük rol oynayır.

Amma xüsusilə azyaşlı uşaqlarla birlikdə yolu bu cür keçmək olmaz.

Dəfələrlə xəbərdarlıq, maaifləndirmə aparılsa da, insanlar hələ ki, qaydalara riayət etmək istəmirlər.

Görünür, daha ciddi tədbirlərə ehtiyac var.

Bir daha atalara, analara səslənərək bildirirəm ki, özlərinin, övladlarının həyatını təhlükəyə atmasınlar.

Hətta bir kilometr artıq məsafə qət etmək belə sizin həyatınızdan dəyərli deyil".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər