Bakıda ana və 6 yaşlı uşağını avtomobil vuraraq komaya saldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ana və azyaşlı övladını avtomobil vuraraq ağır xəsarət yetirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yolu keçən 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu avtomobil vurub.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q.Əhmədovaya sağ ayağın sınığı və bədənin müştərək travması, M.Əhmədova isə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və komatik vəziyyət diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Ana və oğlu yol qəzasında ağır xəsarət aldı
Qusarda ana və oğul yol qəzasında ağır xəsarət alıb. BAKU.WS-in Report-a istinadla məlumatına görə, hadisə rayonun Çiləgir kəndində qeydə alınıb. İki avtomobili...