Bakıda ana ölü doğulmuş körpəsini küçəyə atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Erkən doğulmuş körpənin cəsədi Bakının Yasamal rayonunda yanvarın 31-də tapılıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Körpənin cəsədi Şərifzadə küçəsində yanğın təhlükəsizliyi xidmətinin binası yaxınlığında aşkarlanıb.
İlkin araşdırmalar nəticəsində şəxsiyyəti hələlik müəyyən edilməyən qadının hamiləliyinin 4-5 gün əvvəl 20-ci həftədə sonlandığı məlum olub. Körpə ölü doğulub.
Cəsəd tapılarkən çürümə vəziyyətində olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadının əməlində cinayət tərkibi yoxdur.
“Qadın uşağı küçəyə atmaq əvəzinə dəfn etməli idi. Faktla bağlı araşdırma aparılır”, - hüquq-mühafizə orqanlarından bildirilib.
Oxşar xəbərlər
Bərdədə yol kənarına atılan yeni doğulmuş körpə ölüb
Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb."Report"un Qarabağ bürosu xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sa...