Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı

Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı
Video
Hadisə 286

Sabunçu rayonunda ailə münaqişəsi zəminində baş verən mübahisə qanla nəticələnib.

Hadisə rayonun Ramana qəsəbəsində, "Şuşa şəhərciyi" adlanan ərazidə qeydə alınıb.

Məlumata görə, fərdi yaşayış evlərindən birində 69 yaşlı Fəridə Vəliyeva 41 yaşlı qızı Səbirə Kazımova ilə mübahisə edib. Mübahisə zamanı ana qızına bıçaqla xəsarətlər yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cinayəti törətməkdə şübhəli bilinən 69 yaşlı qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Qonşuların bildirdiyinə görə, ailədə əvvəllər dəfələrlə mübahisələr baş verib. Belə ki, Səbirə tez-tez anasının evinə gedərək onunla pul üstündə mübahisə edib. Sonuncu insident zamanı isə ana əlini bıçağa atıb.

Xəsarətlərlə xəstəxanaya yerləşdirilən Səbirə Kazımovanın vəziyyəti ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb

Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib. BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsini...

8 Hadisə 13:35 20 aprel 2026

Son xəbərlər