Bakıda ağır qəza - piyadanı bir maşın vurdu, digəri üstündən keçdi - VİDEO

05
may
2019
10:04
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb.BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Bayıl qəsəbəsi ərazisi, Bayıl şossesində baş verib.1934-cü il təvəllüdlü Məmmədov Cəmil Məlik oğlu piyadalar üçün nəzərdə tutulmayan ərazidə yolu keçərkən onu “Chevrolet” markalı avtomobil vurub. Zərbənin təsirindən C.Məmmədov “Hyundai” markalı digər avtomobilin yoluna düşüb və onun təkərləri altında qalıb.Nəticədə C.Məmmədov hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.Qəzada iştirak edən hər iki sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, istintaq araşdırmaları aparılır.
Oxşar xəbərlər
Bakıda əks yola çıxan avtomobil qəza törədib, xəsarət alanlar var - VİDEO
Bakının Səbail rayonunda avtoqəza baş verib, nəticədə 4 nəfər xəsarət alıb.BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Bayıl qəsəbəsində qeydə alını...
