Bakıda ağır qəza - Türkiyə vətəndaşı hadisə yerində öldü - VİDEO
07
mar
2019
10:50
Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Babək prospektində baş verib.Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Kırmaz Serkan Mehti yolu keçərkən onu "Nissan" markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.Hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları avtomobilin sürücüsü İbrahimov Emin Əli oğlunu saxlayıblar. Avtotexniki ekspertiza təyin edilib.Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada yaxınlıqdakı yeraltı piyada keçiddən istifadə etmək əvəzinə yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçib.BAKU.WS
Oxşar xəbərlər
Xaçmazda yol qəzalarında 2 piyada ölüb
Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.DİN-dən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 9-da saat 20 radələrində Xaçmaz...