Bakıda ağır avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
"Binəqədi şossesi Binəqədi kəndi istiqamətində qəza baş verib. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub".
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat daxil olub:
"Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb".
*** 16:17
Bakıda iki avtobusun toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Hadisə Binəqədi rayon ərazisində yerləşən İkinci Mədən ərazisində qeydə alınıb.
Şahidlərin dediyinə əsasən, qəza zamanı sərnişinlər arasında xəsarət alanlar olub.
Oxşar xəbərlər
Neft sənayesinin "Zöhrab" adlı problemi, yeni quyu qazıla bilmir - FOTO
Son vaxtlar Bakının Buzovna və Maştağa qəsəbələrində neft mədəni ərazilərinin zəbt edilməsi halları çoxalıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bir neç...