Bakıda ağac aşdı, 8 maşın əzildi
03
iyn
2025
21:35
Bu gün Bakıda güclü külək müxtəlif ərazilərdə ağacların aşmasına səbəb olub.
Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, belə hadisələrdən biri də saat 18:00-da Nərimanov rayonu, Atatürk prospekti 38 ünvanında qeydə alınıb.
Külək nəhəng ağacı aşırıb. Hadisə nəticəsində ağacın altında park edilən avtomobillər əzilib. Ümumilikdə 8 avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Ağstafada avtoqəza olub, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb. Belə ki, "Ford" tranzit ma...