Bakıda acınacaqlı vəziyyətdə olan YOL - "Nə piyada, nə də avtomobillər keçə bilir"

Bakıda acınacaqlı vəziyyətdə olan YOL - Nə piyada, nə də avtomobillər keçə bilir
Video
Hadisə 162

Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yaşayan sakinlər narazıdırlar.

Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, küçədə yol və kanalizasiya problemi uzun müddətdir həllini tapmır.

Sakinlərin sözlərinə görə, bir müddət əvvəl ərazidə yol təmiri və kanalizasiya xətlərinin yenilənməsi məqsədilə qazıntı işləri aparılsa da, işlər yarımçıq saxlanılıb. Nəticədə küçədə dərin çalalar, palçıqlı sahələr və su toplanan hissələr yaranıb.

Yağışlı havalarda vəziyyət daha da pisləşir, küçə demək olar ki, gölə çevrilir, piyadaların hərəkəti mümkünsüz olur. Avtobuslar və digər nəqliyyat vasitələri də həmin yoldan keçməkdə ciddi çətinlik çəkirlər.

Ərazidən kadrları təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirl...

46 Hadisə 17:01 22 sentyabr 2026

Son xəbərlər