Bakıda 8-ci sinif şagirdi məktəbin binasından özünü atdı

Bakıda 8-ci sinif şagirdi məktəbin binasından özünü atdı
Hadisə 3757

220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) II mərtəbənin pəncərəsindən yıxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

***15:56

220 nömrəli məktəb-liseydə intihara cəhd hadisəsi baş verib.

BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, həmin məktəbin 8-ci sinif şagirdi bu gün səhər saatlarında, dərs zamanı özünü pəncərədən atıb.

Şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb.

Ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq, xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.

Son xəbərlər