Bakıda 67 yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdır

Bakıda 67 yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdır
Hadisə 4

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Həsənov Ələkbər Tofiq oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər