Bakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.
“Chevrolet” markalı maşını idarə edən sürücü yüksək sürətlə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb.
Daha sonra idarəetmədən çıxan maşın əks yolda “Renault” markalı avtomobilə, o cümlədən “Toyota”-ya çırpılaraq dayanıb.
Bundan sonra həmin yolda hərəkətdə olan “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillər qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.
Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb.
Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda tuneldə ağır qəza: Xəsarət alan var - FOTO
Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qey...