Bakıda 47 yaşlı qadın küt alətlə öldürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 47 yaşlı qadın qətlə yetirilib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, bu gün saat 16:30 radələrində Nərimanov rayonu ərazisində yerləşən mənzillərdən birində qadın meyiti tapılmasına dair polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə yollanıb və mənzilə baxış keçiriblər. Meyiti tapılan qadının 1975-ci il təvəllüdlü Kifayət İsayeva olduğu və onun küt alətlə vurularaq qətlə yetirildiyi müəyyən edilib. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. İlkin araşdırmalarla onu qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.
Hazırda həmin şəxsin tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, qadının həmin mənzildə kirayədə yaşadığı və qətlin onun qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən törədildiyi bildirilir.
Oxşar xəbərlər
Bakıda qadın əri ilə birgə ögey anasını öldürüb gölə atdı: ŞOK cinayətin TƏFƏRRÜATI - FOTO
2021-ci il aprelin 1-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 12 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində qətl hadisəsinin...