Bakıda 27 yaşlı qadını hoteldə zorladılar
29
avq
2019
14:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 27 yaşlı qadın zorlanıb.Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə martın 3-də Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 25-də yerləşən hoteldə baş verib.Lakin zərərçəkmiş bu müddət ərzində zorlanması barədə polisə məlumat verməyə cəsarət etməyib.27 yaşlı qadının (adı məlum səbəblərdən açıqlanmır) 24-cü Polis Şöbəsinə təqdim etdiyi şikayət ərizəsinə görə, onu zorlayan şəxs Kəlbəcər rayonunun 41 yaşlı sakinidir. Polis hazırda məlumatın doğru olub-olmadığını araşdırır.Qeyd edək ki, daxili işlər orqanları ayın əvvəlindən paytaxtda 11 zorlama faktı qeydə alıb, bunlardan onunun üstü açılıb.
Oxşar xəbərlər
Bakıda fahişəliklə məşğul olan qadını zorladılar - Polisə şikayət edildi
Bakının daxili işlər orqanlarının rayon bölməsinə qrup şəklində zorlama haqqında şikayət daxil olub.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Binəqədi rayon P...