Bakıda sevgilisi qadını zorladı
Polisə zorlama ilə bağlı növbəti müraciət daxil olub. Zorlamanın qurbanı 25 yaşlı Bakı sakini olub.
BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Polisə şikayət edən şəxs Binə qəsəbəsindəki Südçülük Sovxozunda yaşayır. Şikayətçi bildirib ki, həftənin dördüncü günü (mayın 18-də) eyni ünvanda yaşadığı sevgilisi tərəfindən zorlanıb. Zərərçəkmişin sözlərinə görə, qırx yaşlı kişi əvvəlcə onu döyüb, sonra isə zorlayıb. Faktla bağlı hələlik heç kəs saxlanılmayıb. Polis cinayətdə şübhəli bilinən şəxsin cinayət törədib-törətmədiyini araşdırır.
Qeyd edək ki, bu ayın əvvəlindən başlayaraq Bakıda daha iki zorlama faktı qeydə alınıb və onlardan birinin üstü açılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 17 yaşlı oğlan atasını öldürdü
Bakıda qətl törədilib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Orada yaşaya...