Bakıda fahişəliklə məşğul olan qadını zorladılar - Polisə şikayət edildi

Bakıda fahişəliklə məşğul olan qadını zorladılar - Polisə şikayət edildi
Hadisə 2371
Bakının daxili işlər orqanlarının rayon bölməsinə qrup şəklində zorlama haqqında şikayət daxil olub.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Binəqədi rayon Polis İdarəsindən məlumat veriblər.Abşeron rayonunun 33 yaşlı sakini A.İ 40-cı polis bölməsinə müraciət edərək bildirib ki, gecə saat 03:00-da Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında, şam ağaclarının olduğu ərazidə iki naməlum kişi tərəfindən zorlanıb.Onlardan biri taksi sürücüsü olub.Lakin ilkin araşdırma zamanı A.İ-nin ifadəsi tam təsdiqini tapmayıb. Məlum olub ki, qadın həmin ərazidə fahişəliklə məşğul olur.Ehtimal edilir ki, qadın ilkin olaraq qiymət danışaraq kişilərlə ağaclıqda cinsi əlaqəyə girib.Lakin kişilər göstərilən intim xidmətə görə ödəniş etməyiblər və qaçıblar. Aldadılmış qadın polisə şikayət edib.Faktla bağlı heç kim saxlanılmayıb. Təhqiqat davam edir.

Oxşar xəbərlər

Bakıda qadın sevgilisindən şikayət etdi – “Qızımı zorlayıb”

Bakıda qadın sevgilisindən şikayət etdi – “Qızımı zorlayıb”

Paytaxtın Suraxanı rayonu ərazisində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər olunması ilə bağlı həyəcan siqnalı daxil olub.BAKU.WS xəbər verir ki, Daxili...

1848 Hadisə 10:27 30 iyul 2019

Son xəbərlər