Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

22
apr
2019
12:21
Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.Səhiyyə Nazirliyi Bakıda burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı açıqlama verib.Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə özəl klinikada olduğuna görə, nazirliyə heç bir müraciət daxil olmayıb:"Özəl xəstəxanalarda hər hansısa bir hadisə bizə müraciət olunduqda araşdırılır.Hələlik bu barədə bizə heç bir məlumat verilməyib. Həmin xəstəxanadan müraciət edilərsə, məsələ nazirlik tərəfindən araşdırılacaq".S.Əhmədova qeyd edib ki, müraciət ölən şəxsin yaxınları və ya xəstəxanadan daxil olmalıdır.
Oxşar xəbərlər
Azərbaycanda bayram tonqalına görə ölən gəncin FOTOLARI
Sumqayıt şəhərində 26 yaşlı gənc hündürlükdən yıxılaraq dünyasını dəyişib.BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında...
