Bakıda həkim cərrahiyyə əməliyyatından sonra öldü
17
apr
2018
11:36
Bakıda həkim əməliyyatdan sonra vəfat edib. BAKU.WS-in "report"a istinadən verdiyi məlumata görə, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otolarinqoloqu Əziz Bayramlı dünyasını dəyişib.Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-çanaq oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb.BAKU.WS
Oxşar xəbərlər
Sabiq polis rəisi əməliyyatdan sonra öldü
Sabiq polis rəisi əməliyyatdan sonra vəfat edib.BAKU.WS musavat.com-a istinadən xəbr verir ki, uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfa...