İtkin düşən xeyriyyəçi qız tapıldı - FOTO

İtkin düşən xeyriyyəçi qız tapıldı - FOTO
Hadisə 9941
Bakıda itkin düşmüş 27 yaşlı xeyriyyəçi qız, Nigar Bayramlı tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə onun dostları məlumat paylaşıblar. Məlumata görə, hazırda Nigar Bayramlı sağ-salamatdır və evlərində ailəsi ilə birlikdədir.***Bakıda tanınmış xeyriyyəçi qız, 27 yaşlı Nigar Bayramlı itkin düşüb. BAKU.WS xəbər verir ki, "Azərbaycan Uşaqlar Birliyi"ndə könüllü kimi çalışan Bayramlı anasına və qardaşına vida məktubu yazaraq evdən gedib. Onun gedərkən mobil telefonlarını və bütün qiymətli əşyalarını evdə qoyduğu bildirilir. Nigar Bayramlının depressiyada olduğu və intihara cəht edəcəyi istisna olunmur.Nəsimi rayon Polis İdarəsindən 1news.az saytına bildirilib ki, Nigar Bayramlı sonuncu dəfə saat 13:20 radələrində “28 may” metrostansiyası yaxınlığında görünüb. Polis onu görən şəxslərdən Daxili İşlər Nazirlyinin 102 qaynar xəttinə və ya Azadlıq-86 ünvanıda yerləşən Nəsimi rayon Polis İdarəsinə məlumat vermələrini xahiş edir. Əlaqə telefonu: 440-15-26 və ya 440-64-75.BAKU.WS

Oxşar xəbərlər

Bakıda 75 yaşlı qadın itkin düşüb

Bakıda 75 yaşlı qadın itkin düşüb

Bakıda 75 yaşlı qadın itkin düşüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayon sakini, 1942-ci il təvəllüdlü Qalina Mikayılovanın itkin düşmə...

945 Hadisə 15:40 14 oktyabr 2017

Son xəbərlər