Bakıda 17 yaşlı qız intihara cəhd edib

Bakıda 17 yaşlı qız intihara cəhd edib
Hadisə 260

Ötən gün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən intihara cəhd hadisəsi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 12-də, saat 03:20 radələrində 2003-cü il təvəllüdlü Qənirə Məmmədova Sabunçu qəsəbəsində yaşadığı evin hamamında özünü asmağa cəhd edib. Xoşbəxtlikdən, qohumları boğulmadan öncə onu xilas edə biliblər.

3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda Q.Məmmədovanı intihara sövq edən səbəblər müəyyənləşdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər