Bakıda 11 il cəza çəkən keçmiş məhkum yenidən həbs edildi

Bakıda 11 il cəza çəkən keçmiş məhkum yenidən həbs edildi
Hadisə 102

Bakıda cəza müddəti başa çatan keçmiş məhkum yenidən həbs edilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində baş verib.

2013-cü ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrandan Azərbaycana külli miqdarda narkotik daşımaqda təqsirləndirilərək 11 müddətinə azadlıqdan məhrum edilən Natiq 1 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və cəzasını həmin müəssisədə çəkib. Bir müddətdən sonra Natiq istintaqa məlum olmayan yerdən mobil telefon əldə edir və həmin telefonla yaxınları ilə gizli şəkildə əlaqə saxlamağa başlayıb. 2024-cü ildə, cəzasının bitməsinə 2 ay qalmış müəssisədə keçirilən yoxlama zamanı Natiqin gizli saxladığı mobil telefon onun yataq dəstindən aşkarlanıb və faktla bağlı araşdırma aparılıb.

Natiqin 11 illik cəzası başa çatdığı üçün o, azadlığa buraxılsa da, onun barəsində yenidən cinayət işi başlanıb.

Cinayət işinin istintaqı başa çatır və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Natiq 3 ay azadlıqdan məhrum edilib və yenidən məhkəmə zalında həbs edilib.

Son xəbərlər