Bakıda 1 nəfər intihar məqsədilə özünü dənizə atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Qaradağ rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 m aralı, məntəqə ərazisi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Bulvarda dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda x...