Bulvar yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Bulvar yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Hadisə 161

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında bir nəfərin dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dənizə düşən qız xilas edilib - YENİLƏNİB - VİDEO

Dənizə düşən qız xilas edilib - YENİLƏNİB - VİDEO

Bakıda ehtiyatsızlıqdan azyaşlı Xəzər dənizinə düşüb. Hadisə günorta saatlarında Dənizkənarı Bulvar ərazisində baş verib. Bu barədə fotoqraf Ceyhun Abdulla sosi...

4167 Hadisə 22:51 26 dekabr 2020

Son xəbərlər