Bulvarda intihara cəhd hadisəsi baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd hadisəsi olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Bulvarda intihar edən şəxsi FHN əməkdaşları xilas etdi
Bakıda intihara cəhd olub. Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə Səbail rayonu əra...