Bakı-Sumqayıt yolunda zəncirvari qəza

10
mar
2020
12:41
Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Bakı-Sumqayıt marşrutu ilə hərəkətdə olan sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “VAZ-2107” “Subaru” markalı minik avtomobilinə dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Qəza səbəbindən Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şossesində qeydə alınıb. Qəza zamanı 4 avtomobil...
