Bakı-Şamaxı-Yevlax yolunda ana və 2 yaşlı övladını avtomobil vuraraq öldürüb

Bakı-Şamaxı-Yevlax yolunda ana və 2 yaşlı övladını avtomobil vuraraq öldürüb
Hadisə 113

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən ana və övladını avtomobil vuraraq öldürüb.

Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.

Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

"Yolun düzgün yerindən keçməmək görünüşdə sadə bir qərardır. Amma bəzən bu qərar, bir ana ilə körpə övladının həyatını əlindən alacaq qədər ağır nəticə doğurur. Baş Dövlət Yol Polisi İdarəsi bu faciəli hadisədən dərin təəssüf hissi keçirir və bir daha hərəkət iştirakçılarını xəbərdar edir: qaydanı pozaraq atılan hər addım son addımınız ola bilər", - məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda ildırım yaşayış binasına düşdü

Azərbaycanda ildırım yaşayış binasına düşdü

Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində yanğın baş verib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın Kəmalə Qasımovaya məxsus ikimərtəbəli...

123 Hadisə 22:35 09 oktyabr 2026

Son xəbərlər