Bakı-Quba yolunda ağır qəza - Xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb".
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakı-Quba yolunda dəhşətli qəzada ölənlərin KİMLİYİ BİLİNDİ - VİDEO - YENİLƏNİB
Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərin beşinin kimliyi məlum olub. BAKU.WS report-a istinadən xəbər verir k...