Bakı-Quba yolunda ağır qəza - "VAZ 2107" parçalandı - VİDEO

22
okt
2019
08:25
Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Xızı rayonunun Yaşma kəndi ərazisində baş verib."50-CC-997" dövlət nömrə nişanlı "VAZ-21-07" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən arxadan Fizuli rayon sakini Elbəyi Rzayevin idarə etdiyi "33-BD-890" dövlət nömrə nişanlı, "QAZel" markalı avtomobilə çırpılıb.Hadisə nəticəsində "VAZ-21-07" markalı avtomobilin sürücüsü ağır xəsarətlər alıb.Əraziyə DYP əməkdaşları gəlib.
Oxşar xəbərlər
Bakıda YPX binasının yanında ağır qəza - sürücü öldü - VİDEO
Bakıda ağır yol qəzası olub.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Qala-Pirallahı yolunda baş verib.Gecə saatlarında Suraxanı qəsəbə sak...
