Bakı-Quba yolunda 3 nəfərin öldüyü dəhşətli qəzanın VİDEOsu - YENİLƏNİB

Bakı-Quba yolunda 3 nəfərin öldüyü dəhşətli qəzanın VİDEOsu - YENİLƏNİB
Foto Video
Hadisə 3471
Bakı-Quba yolunda ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.BAKU.WS xəbər verir ki, Bakı-Quba yolunun 52-ci kilometrliyində “VAZ-2107” markalı, 10 FH 377 dövlət nömrə nişanlı avtomobil yük maşınına çırpılıb.Daha sonra arxadan gələn digər yük maşını da idarəetməni itirib və həmin yük maşınına çırpılıb.Qəza yerindən çəkilən video görüntünü BAKU.WS-in “qaynar xətti”nə göndəriblər. Həmin görüntüləri təqdim edirik.***11:52Bakı-Quba yolunda ağır yol qəzası baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb.İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb.Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.Qəza nəticəsində minik avtomobilində olanlar - 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 1988-ci il təvəllüdlü Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər