Bakı-Qazax yolunda 10-dan çox maşının əzildiyi qəzanın ANBAAN VİDEOSU
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Qaradağda baş verən zəncirvari qəzanın görüntüləri üzə çıxıb.
BAKU.WS-in məlumatına görə, hadisənin anbaan videosu sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, hadisə dünən saat 13:45 radələrində Bakı-Qazax yolunun 30-cu km-də qeydə alınıb.
Belə ki, iki yük avtomobilinin toqquşması nəticəsində yük avtomobillərinin sürücüləri idarəetməni itirib və nəticədə avtomobillərdən biri "Qaradağ" marketin önündə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində ilkin məlumata əsasən ölüm halı baş verməyib, 2 nəfər xəsarət alıb, 10-a yaxın avtomobilə maddi ziyan dəyib.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza olub, xəsarət alanlar var. BAKU.WS-in xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat veri...