Qaradağda zəncirvari qəza: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza olub, xəsarət alanlar var.
BAKU.WS-in xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Hadisə bu gün saat 13:45 radələrində Bakı-Qazax yolunun 30-cu km-də qeydə alınıb.
Belə ki, iki yük avtomobilinin toqquşması nəticəsində yük avtomobillərinin sürücüləri idarəetməni itirib və nəticədə avtomobillərdən biri "Qaradağ" marketin önündə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində ilkin məlumata əsasən ölüm halı baş verməyib, 2 nəfər xəsarət alıb, 10-a yaxın avtomobilə maddi ziyan dəyib.
***16:42
Bakı-Ələt-Qazax magistral yolunda avtomobillərin iştirakı ilə yol qəzası olub.
BAKU.WS-in məlumatına görə, hadisə zamanı 14 maşına ciddi ziyan dəyib.
Qəzanın baş vermə səbəbi məlum deyil.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...