Bakı polisi: Azərbaycan Xalq Hərəkatının Qərargahına basqın olmayıb

Bakı polisi: Azərbaycan Xalq Hərəkatının Qərargahına basqın olmayıb
Hadisə 411
“Azərbaycan Xalq Hərəkatının mərkəzi qərərgahına basqın” edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.Bu barədə Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb.Diqqətə çatdırırıq ki, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini 1982–ci il təvüllüdlü Hüseyn Əliyevə verilməklə,o da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib.Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə, icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib.Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb.Bu barədə H.Əliyev polis müraciət edib.Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda 70 minlik oğurluq

Bakıda 70 minlik oğurluq

Bakıda 70 minlik cinayət törədən şəxsi polis saxlayıb.Daxili İşlər Nnazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Səbail rayon Pol...

1001 Hadisə 11:46 19 iyun 2019

Son xəbərlər