Bakı metrosunda sərnişin siqaret çəkdi, DİN araşdırmalara başladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metrosunda sərnişinlərdən biri qatarda xoşagəlməz hərəkətlər edib.
BAKU.WS xəbər verir ki, bu barədə Saleh Nəsirov adlı vətəndaş sosial şəbəkədə video paylaşıb.
Videodan da göründüyü kimi bir nəfər qatarda sərnişinlərin yanında siqaret çəkməyə başlayıb. Vaqonda olan xanım sərnişinlər onun bu hərəkətindən narahat olublar. İki nəfər ondan siqareti almağa çalışıb.
O, bu addımı atmaqla təkcə xuliqanlıq etməyib, həm də öz və digər vətəndaşların həyatını təhlükəyə atıb.
Məsələ ilə bağlı araşdırmalara başlanılıb. DİN-dən BAKU.WS-ə verilən məlumata görə, sözügüdən video yayıldıqdan sonra dərhal araşdırmalara başlanılıb. Araşdırmalardan sonra açıqlama veriləcək.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...