Bakı metrosunda nə baş verib? - Sərnişinlər təşvişə düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı metropoliteninin “Sahil” stansiyasında eskalatorda qəfil dayanıb.
BAKU.WS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə 18:56 radələrində baş verib.
Sərnişinlər eskalatordan piyada düşməyə məcbur olublar. Sərnişinlərin bəziləri təşvişə düşüblər. İlk olaraq eskalatorun texniki nasazlıq səbəbindən dayandığını düşünüblər.
Hadisə barədə məlumat almaq üçün Bakı metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, əslində eskalator texniki nasazlıq səbəbindən dayanmayıb.
“Sərnişin hər hansısa zərurət olmadan təhlükəsizlik düyməsindən istifadə edib. Dərhal qoşublar. Yəni problemli heç nə olmayıb”, - deyə qurum rəsmisi bildirib.
Oxşar xəbərlər
Bakı metrosunda eskalator dayandı
Bakı metrosunda sərnişinlər xəsarət alıblar. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahi...