Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL

04
noy
2019
13:52
Qış mövsümünə keçidlə əlaqədar noyabrın 12-dən Bakı-Gəncə-Bakı sürət elektrik qatarının hərəkət cədvəli dəyişdiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə "report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib.702/701 nömrəli qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.

Oxşar xəbərlər
Sumqayıt-Bakı sürət qatarı sərnişinlərə stressli anlar yaşatdı - VİDEO - YENİLƏNİB
“Azərbaycan Dəmir Yolları” QSC bu gün Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində yaranan gecikmə ilə bağlı açıqlama yayıb.Qurumdan BAKU.WS-ə verilən açıqlamaya gö...
