Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir

03
may
2019
14:38
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.Azərbaycan Dəmir Yolları QSC-dən BAKU.WS-ə verilən məlumata görə, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq, sabahkı gün şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli, Sumqayıtdan saat 09-05-də yola düşən 6014 nömrəli, Sumqayıtdan saat 09-50-də yola düşən 6016 nömrəli, Sumqayıtdan saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Oxşar xəbərlər
Bakı-Sumqayıt qatarlarından istifadə edənlərə PİS XƏBƏR
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək."Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-ə verilən məlumata görə, də...
