Bakıdan uçan təyyarə Moskva səmasında nə ilə üzləşib? –RƏSMİ AÇIQLAMA

Bakıdan uçan təyyarə Moskva səmasında nə ilə üzləşib? –RƏSMİ AÇIQLAMA
Hadisə 1274

Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer mərkəzi Operations Control Center-in (OCC) məlumatlarına görə, AZAL-ın təyyarələri dünən rusiyalı kolleqalarından Moskva səmasında yarana biləcək təhlükə haqqında xəbərdarlıq almayıb.

AZAL-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "Azərbaycan Hava Yolları"nın bütün sərnişin laynerləri təyyarələrin havada toqquşmasına qarşı xəbərdarlıq sistemi ilə (TCAS) təchiz olunub.

TCAS sistemindən də həmçinin, bizə mümkün təhlükə haqqında hər hansı bir hesabat daxil olmayıb.

Bənzər hadisə baş veribsə belə, AZAL-ın laynerləri bu məsələyə cəlb olunmayıb.

Qeyd edək ki, RenTV-nin yaydığı məlumata görə, Moskvanın “Domodedovo” hava limanından Penzaya uçan təyyarə Bakıdan “Vnukovo” hava limanına uçan təyyarə ilə toqquşma təhlükəsi yaşayıb.

Ziya SƏCCADBAKU.WS

Son xəbərlər