Bakıda yük maşını minik avtomobili ilə toqquşub, bir ailənin 3 üzvü ölüb

Bakıda yük maşını minik avtomobili ilə toqquşub, bir ailənin 3 üzvü ölüb
Hadisə 2741
Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər