Bakıda yol polisi rəisinin oğlu dəhşətli qəzaya düşdü - (VİDEO)

Bakıda yol polisi rəisinin oğlu dəhşətli qəzaya düşdü - (VİDEO)
Video
Hadisə 4518

 

Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, 26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi "Hyundai" markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.

Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, Əli Hacıyev respublikanın rayon yol polisi şöbələrindən birinin rəsi olan Etibar Hacıyevin oğludur.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

BAKU.WS

 

Oxşar xəbərlər

Son xəbərlər