Bakıda yeniyetməni hədələyib 45 min dollar aldılar

Bakıda yeniyetməni hədələyib 45 min dollar aldılar
Hadisə 1220

Bakıda yeniyetməyə hədə-qorxu gəlib 45 min dollar alan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27 000 ABŞ dolları, oktyabrın 5-də isə 18000 ABŞ dolları aldıqlarını bildirib.

Məlumatla əlaqədar 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən üç yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər

Qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər

Şirvan şəhərində qadından 3000 manat tələb edən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Şirvan...

2317 Hadisə 14:37 17 sentyabr 2018

Son xəbərlər