Bakıda vəzifəli şəxsi güllələtdirən qadın olub – TƏFƏRRÜAT

Bakıda vəzifəli şəxsi güllələtdirən qadın olub – TƏFƏRRÜAT
Hadisə 1462

Aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub. 

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən "AKM" markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Ətrafında aparılməş tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus "Niva" markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova da tutulub.

Xatırladaq ki, güllələnən 1973-cü il təvəllüdlü Qasımov Hüseyn Əli oğlu bir neçə ay əvvələdək yüksək vəzifədə çalışıb. Keçən ilin yayında onun 15 yaşlı oğlu Bərdə şəhəri Bakı prospektində idarə etdiyi avtomobillə Dövlət Sosial İqtisad Kollecinin direktoru Xaləddin Ələkbərovun 18 yaşlı oğlu Həsəni vuraraq öldürüb. Bundan sonra H.Qasımov barəsində xidməti araşdırma başladılıb və o, Bərdə Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini vəzifəsindən kənarlaşdırılıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər